16:39 / 28-11-2024
Sabah qar yağacaq
Futbol klubunun prezidenti Ramil Usubovdan kömək istədi – Müraciət
Tarix: 27-06-2016 20:24 | Bölmə: İdman / Xəbərlər


Növbəti mövsüm Azərbaycan cempionatının birinci divizionunda çıxış etmək niyyətində olan "Şuşa-Qarabağ” Futbol Klubunun prezidenti Güləli Bağırov Daxili işlər naziri Ramil Usubova müraciət edib.

G.Bağırovun Reyting.az-a göndərilən müraciətində peşəkar futbol klubunun inkişafı üçün nazirdən kömək istənilir:

"Hörmətli cənab nazir!

Prezidenti olduğum "Şuşa-Qarabağ" Peşəkar Futbol Klubu 2009-cu ildən etibarən futbol üzrə Azərbaycan milli çempionatının 1-ci divizionunda iştirak etmiş və məhdud maliyyə dəstəyinə baxmayaraq milli çempionatda öz layiqli yerini qoruyub saxlaya bilmişdir. Klubumuz bugünə qədər 70-dən çox peşəkar futbolçu yetişdirmiş, futbolumuzun inkişafına və idmanın tərəqqisinə öz töhfəsini verən idman qurumlarımızdan biri olmuşdur. Yaranmış maliyyə çətinliyindən dolayı futbol klubumuz öz fəaliyyətinin dayandırsa da, bu günlərdə verilmiş qərarla öz fəaliyyətini yenidən bərpa edib və bundan sonrakı ən ali məqsədimiz də bu dövrə qədər Azərbaycan milli futboluna qazandırdığımız milli futbolçularımızın sayını artırmaq, istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycan futbolunun daha da inkişaf etdirilməsinə öz töhfələrimizi verməkdir.

Belə ki, qeyd edilən məramlarımızın və məqsədlərimizin yerinə yetirilməsi futbol klubu ilə həmin klubun inkişafına dəstək verə biləcək kommersiya və qeyri-kommersiya təşkilatları ilə sponsorluq əlaqələrinin yaradılması, həmin təşkilatların futbol klubunun maliyyə və digər cari fəaliyyətində öz köməkliklərini əsirgəməmələrinə bağlıdır.

Azərbaycan Respublikasının siyasi və ictimai xadimlərinin bu peşəkar futbol klubunun inkişafında öz köməkliklərini də əsirgəməməsi, mövcud problemlərimizin həllinə yardım göstərməsi qısa zamanda komandamızın futbol arenasında öz layiqli yerini tutmasına böyük dəstək olacaqdır.

"Şuşa-Qarabağ” Futbol Klubu hər bir azərbaycanlı üçün əziz olmalıdır, xüsusilə də qarabağlılar üçün” devizi ilə yola çıxaraq öz fəaliyyətimizi uğurla başa çatdıracağımıza olan inamımız sonsuzdur. Bu müqəddəs yolda ən ümdə məqsədimiz istər ölkənin tanınmış ictimai xadimləri, istərsə də tanınmış ziyalıları, tanınmış dövlət adamlarını bu prosesə cəlb edib, haqlı mübarizəmizi komandamızın göstərəcəyi gözəl oyunlarla dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Sizin əslən qarabağlı olmanız, Qarabağla əlaqədar istənilən məsələdə hər şeydən əvvəl bir vətəndaş kimi mövqe sərgiləməyiniz bizi sevindirir, komandamızın fəaliyyətində də öz dəstəklərinizi göstərəcəyinizə olan inamımızı artırır.

"Şuşa-Qarabağ” Futbol Klubunun varlığı zamanın və şərtlərin bizə diktəsidir. Yəni bu cür bir klubun varlığı və fəaliyyətinə lazımi dəstək hər bir azərbaycanlı üçün ən ali məqsədlərdən biri olmalıdır. Mənfur düşmənlərimizin bu adları mənimsəyib istər diplomatik sahədə və istərsə də idman sahəsində öz uğurları kimi qələmə verməsi bizi bir daha ayıq olmağa vadar edir, hər birimizin bu cür taleyüklü məsələlərdə yaxından iştirak etməyimizi zərurətə çevirir.

Hörmətli cənab nazir!

AR Daxili işlər naziri olaraq Qarabağ məsələsində göstərdiyiniz böyük həssaslıq və yorulmaz səylərinizin nəticəsində Azərbaycan öz haqlı səsini beynəlxalq ictimaiyyətin nəzər-diqqətinə çatdıra bilmişdir. Mənfur düşmənlərimizin istər Şuşa, istərsə də Qarabağ adından - istər idman, istərsə də mədəni fəaliyyətlər zamanı istifadə etməsinin qarşısının alınması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Futbol klubu olaraq bizə lazımi köməkliyi göstərəcəyinizə sonsuz inamla ümid bəsləyirik və əlinizdən gələn səyləri komandamızın tanıtdırılmasında əsirgəməyəcəyinizə inanırıq”.

 

 

 





Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər