"Çelsi" 16 yaşlı futbolçunu heyətinə daxil edir - Foto
Tarix: 10-03-2020 23:31 | Bölmə: İdman
"Çelsi" 16 yaşlı futbolçunu heyətinə daxil edir

"Çelsi" daha bir transferini reallaşdırıb.

Reyting.az
xəbər verir ki, London klubu 16 yaşlı finlandiyalı yarımmüdafiəçi Cimi Tauryaynenin keçidini həll edib. Bununla bağlı gənc futbolçu şəxsi İnstagram səhifəsində paylaşım edib.

"HJK Helsinki"nin futbolçusu iyul ayında artıq "Çelsi"nin komandasına qoşulacaq. Müqavilənin müddəti və ödənilən məbləğ hələlik açıqlanmayıb.

Qeyd edək ki, futbolçu ilə İtaliyanın "Yuventus" və Milan "İnter"i də maraqlanırdı.(Qol.az)

"Çelsi" 16 yaşlı futbolçunu heyətinə daxil edir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}