“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır
Tarix: 09-04-2020 23:11 | Bölmə: İdman / Xəbərlər
“Barselona” “Mançester Siti”nin müdafiəçisini alır

İspaniyanın “Barselona” klubunun heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Joau Kanselunu heyətinə qatmağa qərar verib.

Kataloniyalılar bu transferlə müdafiə xəttini gücləndirmək niyyətindədir. Barselonanın eyniadlı klubu 25 yaşlı portuqaliyalının əvəzinə Nelson Semedunu verməyə hazırdır.

Qeyd edək ki, Kanselu “Mançester Siti”yə İtaliya “Yuventus”undan keçib. O, cari mövsüm Premyer Liqada 11 matçda iştirak edib. Semedu isə La Liqada daha çox - 21 dəfə şans qazanıb. (Apasport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}