Daha bir dünya çempionatı ləğv olunub
Tarix: 16-04-2020 21:22 | Bölmə: İdman
Daha bir dünya çempionatı ləğv olunub

Kanadada 18-22 mart tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.

Bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bu yarışla yanaşı, Seulda (13-15 mart) keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan (3-5 aprel) sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.

Qeyd edək ki, Kanada hökuməti martın 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər