Baş məşqçi komandadan kənarlaşdırılıb - Səbəb
Tarix: 16-04-2020 23:48 | Bölmə: İdman
Baş məşqçi komandadan kənarlaşdırılıb

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.

Klub bildirir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xorvatiya mətbuatı Byelitsanın maaşının azaldılmasına razı olmadığı üçün qovulduğunu yazıb. Daha əvvəl isə eyni səbəbdən xorvatiyalı mütəxəssisin köməkçiləri vəzifədən azad ediliblər.

Qeyd edək ki, 2018-ci ildən “Dinamo”nu çalışdıran Nenad Byelitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb.(Qol.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər