Qrizmann “Barselona”dan getmək istəmir
Tarix: 18-04-2020 18:12 | Bölmə: İdman
Qrizmann “Barselona”dan getmək istəmir

“Barselona”nın və Fransa millisinin hücumçusu Antuan Qrizmann bu mövsümün sonunadək Kataloniya klubundan ayrılmağa hazırlaşmır.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, 29 yaşlı futbolçu ehtimala görə, yayda “Barselona” ilə müqavilə imzalayacaq 22 yaşlı Lautaro Martineslə heyətdəki yerini qorumaq üçün mübarizə aparmaq niyyətindədir.

Antuan Qrizmann 2019-cu ilin yayında Madridin “Atletiko” klubundan 130 milyon avroya “Barselona”ya keçib. Fransalı forvard indiki mövsümdə bütün turnirlərdə 34 oyunda çıxış edib, 11 qol vurub, 4 məhsuldar ötürmə verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}