Baş məşqçi: “Azərbaycan taekvondo komandasının heyəti 9 aydır maaş almır”
Tarix: 19-04-2020 19:03 | Bölmə: İdman
Baş məşqçi: “Azərbaycan taekvondo komandasının heyəti 9 aydır maaş almır”

Azərbaycan milli taekvondo komandasının iranlı baş məşqçisi Rza Mehmandust koronavirusla bağlı ölkəmizdə görülən tədbirlər haqqında danışıb.

Reyting.az
"ISNA"-ya istinadla xəbər verir ki, məşqçi deyib:

"Xoşbəxtlikdən, Azərbaycanda COVID-19-un yayılması digər ölkələrdəki kimi deyil. Ölkədə virusun yayılmasının qarşısını almaq üçün çox yaxşı və səmərəli tədbirlər görülüb".

Azərbaycan milli taekvondo yığmasının baş məşqçisi əlavə edib:

"Məsələn, 60 yaşdan yuxarı insanların və gənclərin karantin günlərində evlərini tərk etmək hüququ yoxdur. Əhalinin digər hissəsinə gündə bir dəfə 2 saat ərzində evdən çıxmağa icazə verilir. Evdən çıxmaq icazəsi almaq üçün bütün insanlar təyin olunmuş mərkəzə mesaj göndərməlidir və yalnız cavab aldıqdan sonra öz evlərini 2 saat ərzində tərk edə bilərlər".

Rza Mehmandust Azərbaycanda üzləşdiyi müşküllərdən də söz açıb:

"Təxminən 9 aydır mən və komanda üzvləri maddi problemlərə görə maaş almamışıq və ümid edirik ki, bu problem ən qısa zamanda həll ediləcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər