17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bekhem Ronaldu ilə Messini müqayisə etdi
Tarix: 19-04-2020 22:56 | Bölmə: İdman
Bekhem Ronaldu ilə Messini müqayisə etdi

“Mançester Yunayted”in, Madrid “Real”ının və “Los-Anceles Qelaksi”nin keçmiş yarımmüdafiəçisi Devid Bekhem “Barselona”nın forvardı Lionel Messini “Yuventus”un hücumçusu Kriştianu Ronaldu ilə müqayisə edib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, onun fikrincə, Messi unikal oyunçudur, onun səviyyəsində heç kim yoxdur:

“Ronaldu Lioneldən bir qədər geridədir, lakin hər ikisi öz səviyyələri ilə hamını geridə qoyur”.

Messinin hesabında 6 “qızıl top” var. Ronaldu bu prestijli mükafata 5 dəfə layiq görülüb.

İspaniya çempionatının bu mövsümündə Messi 22 oyunda iştirak edib, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.

Ronaldu İtaliya çempionatında 22 oyunda öz hesabına 21 qol yazıb, 3 məhsuldar ötürməsi var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}