Çin komandası koronavirusun ortaya çıxdığı şəhərə dönüb
Tarix: 20-04-2020 15:40 | Bölmə: İdman
Çin komandası koronavirusun ortaya çıxdığı şəhərə dönüb

Futbol üzrə Çin Super Liqasında çıxış edən "Uhan Zall" komandası 4 aydan sonra təmsil etdiyi şəhərə qayıdıb.

Məlumata görə, yanvarda İspaniyanın Malaqa şəhərinə təlim-məşq toplanışı üçün gedən kollektiv koronavirus səbəbindən ölkəyə dönə bilmirdi.

Uhan şəhəri karantində olduğundan, komanda İspaniyadan Almaniyaya, oradan isə Çinin Şençjen şəhərinə yollanmışdı. Futbolçular burada 3 həftə ərzində karantində qalmışdılar.

Oyunçular və məşqçilər heyəti 104 gündən sonra Uhan şəhərinə qayıda biliblər. Komandanı azarkeşlər qarşılayıb, kollektivin aprelin 22-də məşqə başlayacağı bildirilib.

Qeyd edək ki, koronavirus 2019-cu ilin sonlarında məhz Uhandan yayılmağa başlayıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər