Futzal Federasiyası yarışların təxirə salınma müddətini uzatdı
Tarix: 20-04-2020 16:26 | Bölmə: İdman
Futzal Federasiyası yarışların təxirə salınma müddətini uzatdı

Azərbaycanda futzal üzrə keçirilən bütün yarışların təxirə salınması müddəti uzadılıb.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək, I və II liqaların, eləcə də ölkə Kubokunun oyunlarının təxirə salınması müddətini mayin 4-dək uzadıb.

Qeyd edək ki, dünən AFFA aşağı yaş qrupları üzrə bütün yarışların və qızlar arasında çempionatın təxirə salınma müddətinin mayın 4-dək uzadıldığını açıqlamışdı.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər