16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Çempionlar Liqası ilə Avropa Liqasına oyunları ilə bağlı yeni qərar verildi
Tarix: 21-04-2020 16:44 | Bölmə: İdman
Çempionlar Liqası ilə Avropa Liqasına oyunları ilə bağlı yeni qərar verildi

Cari mövsümün sonunda Çempionlar Liqası (ÇL) və Avropa Liqasına (AL) vəsiqə qazanan komandaların avrokubokların təsnifat mərhələsində mübarizəyə başlayacaqları tarixlər müəyyənləşib. 

Məlumata görə, bununla bağlı UEFA-nın bu gün quruma üzv olan 55 milli assosiasiya ilə video-konfransında razılıq əldə olunub. 

İddia edilir ki, 29 avqusta planlaşdırılan ÇL finalından cəmi 16 gün sonra 2020/2021 mövsümü üçün milli çempionatlar start götürəcək. Avrokuboklarda yeni mövsümün də məhz sentyabrın ortalarında başlayacağı bildirilib. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçiləri həmin tarixdən qitəmiqyaslı oyunlara çıxacaqlar.

Qeyd edək ki, avrokuboklarda ilkin təsnifat mərhələsinin qarşılaşmaları iyunun sonlarında başlamalı idi/Report. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}