Avropa Voleybol Konfederasiyası avrokubokların qalan hissəsini ləğv edib
Tarix: 23-04-2020 17:40 | Bölmə: İdman
Avropa Voleybol Konfederasiyası avrokubokların qalan hissəsini ləğv edib

Avropa Voleybol Konfederasiyası (CEV) 2020-ci ildə avrokubokların qalan hissəsini ləğv edib.

Bu barədə CEV-in İdarə Heyəti qərar qəbul edib.

Ləğv olunan yarışlara mayın 16-da Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan CEV Çempionlar Liqası Superfinalı da daxildir.

İdarə Heyəti turnirlərin davam etdirilib-etdirilməyəcəyindən asılı olmayaraq, komandalara mükafat fondunun 80 faizindən çoxunu verməyə razı olub.

CEV Şurası 2020/2021 mövsümündə avrokuboklar üçün mükafat fondunu qorumağı öhdəsinə götürüb və gələn mövsüm üçün klublara əlavə dəstək verəcəyini bildirib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər