17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Tottenhem Hotspur" rəqibini məğlub edib
Tarix: 24-06-2020 02:01 | Bölmə: İdman
"Tottenhem Hotspur" rəqibini məğlub edib

"Tottenhem Hotspur" İngiltərə çempionatının 31-ci turunun matçında "Vest Hem Yunayted"ə 2:0 hesabı ilə qalib gəlib.

Reyting.az
xəbər verir ki, görüş Londonda "Tottenhem Hotspur" stadionunda olub.

Meydan sahibləri ilk qolu birinci hissənin sonunda vurublar. Lakin VAR sistemindən istifadə edən hakim qolu qeydə almayıb.

Beləliklə, matçda hesab ikinci hissənin ortalarında açılıb - 64-cü dəqiqədə "Vest Hem Yunayted"in oyunçusu Tomaş Souçek topu öz qapısına vurub. Matçın 82-ci dəqiqəsində Harri Keyn hesabdakı üstünlüyü artırıb.

"Tottenhem Hotspur" 45 xal yığaraq, Premyer Liqanın yarış cədvəlində yeddinci yerə yüksəlib. "Vest Hem Yunayted" 27 xalla turnir cədvəlində 17-ci yer tutur.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}