Rus ordusu xəstəxanaya üç hava bombası atıb
Tarix: 04-09-2025 17:13 | Bölmə: Dünya
Rus ordusu xəstəxanaya üç hava bombası atıb

Rusiya ordusu Donetsk vilayətindəki (Konstantinovka) xəstəxananı və Zaporojyeni vurublar.

Reyting.az
xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin “Telegram” kanalında bildirib.

Məlumata görə, Konstantinovka xəstəxanası rusların növbəti hədəfinə çevrilib.

“Bu gün onlar xəstəxanaya 3 bomba atıblar. Mülki və sosial infrastruktura zərbələr rusların düşünülmüş seçimidir, hədəf terror aktlarıdır”, - o vurğulayıb.

Administrasiya rəhbəri deyib ki, düşmən bu gün İlyinovkaya daha 3 bombası atıb, nəticədə 2 nəfər həlak olub, 5 qeyri-yaşayış binasına ziyan dəyib.

Eyni zamanda, Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, rusların Zaporojya şəhərini atəşə tutması nəticəsində 4 nəfər yaralanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər