Gürcüstanda gənc futbolçu xüsusi amansızlıqla öldürülüb
Tarix: 10-07-2020 16:50 | Bölmə: İdman
Gürcüstanda gənc futbolçu xüsusi amansızlıqla öldürülüb

İyunun 22-də Gürcüstanın paytaxtı Tbilisidəki Araqvi çayında meyiti taplan "Saburtalo" futbol akademiyasının yetirməsi Georgi Şakaraşvilinin qətlinin bəzi təfərrüatı məlum olub.

Report.ge xəbər verir ki, 19 yaşlı futbolçunun xüsusi amansızlıqla öldürüldüyü açıqlanıb. Ekspertiza üzərində zorakılıq əlamətləri olan oyunçunun suda boğularaq qətlə yetirildiyini bildirib.

Şahidlərin sözlərinə görə, hadisə yığıncaq zamanı baş verib. Əvvəlcə məclisə toplaşan insanlar arasında kütləvi dava düşüb. Münaqişə daha sonra küçədə davam edib. Hadisə yerindən uzaqlaşan Şakaraşvili çaya doğru qaçıb. Sonradan isə iz itib.

4 günlük axtarışdan sonra - iyunun 22-də futbolçunun meyiti tapılıb. Hadisə ilə əlaqədar 17 nəfər saxlanılıb.

Qeyd edək ki, iyunun 19-da Şakaraşvilinin ailəsi onun itkin düşməsi ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinə müraciət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}