Asim Xudiyev Çempionlar Liqasında oyun idarə edəcək
Tarix: 13-08-2020 10:09 | Bölmə: İdman
Asim Xudiyev  Çempionlar Liqasında oyun idarə edəcək

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Reyting.az
xəbər verir ki, o, I təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) qarşılaşmasında iş başında olacaq. Xudiyev Estoniyadan olan hakimlər briqadasının fəaliyyətinə qiymət verəcək.

Qeyd edək ki, görüş avqustun 18-də Tbilisidə keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}