Azərbaycanın xanım idmançısı dopinqə görə cəzalandırılıb
Tarix: 13-08-2020 14:13 | Bölmə: İdman
Azərbaycanın xanım idmançısı dopinqə görə cəzalandırılıb

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən Reyting.az-a verilən məlumata görə, Könül Əliyeva diskvalifikasiya olunub.

Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/ furosemid maddəsi tapılıb. O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb.

Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər