Rəşad Sadıqov: "Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm"
Tarix: 10-11-2020 18:08 | Bölmə: İdman
Rəşad Sadıqov: "Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm"

"Bütün Azərbaycan xalqını, dövlətimizi, ordumuzu ürəkdən təbrik edirəm. Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubun rəsmi feysbuk səhifəsinə açıqlamasında II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsi barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis bu münasibətlə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Ordumuzu təbrik edib: "Uzun illər idi, işğal altında olan torpaqlarımızın azad olması arzusu ilə yaşayırdıq. Allaha şükür, bu günləri yaşayırıq. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Ordumuzu ürəkdən təbrik edirəm. Bu günləri bizə yaşatdığına görə onlara təşəkkür edirəm. Onlarla fəxr edirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralılarımıza Allah şəfa versin. Bir daha bütün Azərbaycan xalqını bu zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğaldan azad olunmuş torpaqlarımıza ayaq basmağımızı, orada zaman keçirməyimizi səbirsizliklə gözləyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}