Monteneqro Azərbaycanla oyuna yenilənmiş heyətlə çıxacaq
Tarix: 11-11-2020 13:05 | Bölmə: İdman
Monteneqro Azərbaycanla oyuna yenilənmiş heyətlə çıxacaq

“Yoldaşlıq və rəsmi oyunları fərqləndirmirik. Millinin hər bir üzvü üçün qələbə qazanmaq vacibdir. Ümid edirəm ki, Qazaxıstana qarşı müsbət nəticə əldə edəcəyik”.

Reyting.az
xəbər verir ki, bu sözləri Monteneqro millisinin üzvü Daniyel Petkoviç Qazaxıstanla keçiriləcək yoxlama oyunundan danışarkən deyib.

Fransanın “Anje” klubunun qapıçısı yerli mətbuata açıqlamasında bugünkü sınaq matçının Millətlər Liqasının qarşıdakı oyunları üçün çox vacib olduğunu bildirib:

“Düşünürəm ki, ölkə xaricində daha az şans qazanan və daxili çempionatda oynayan futbolçuların Gürcüstanla görüşdə iştirakı yaxşı olar. Təbii ki, Millətlər Liqasında Azərbaycan və Kiprlə matça yenilənmiş və daha hazır heyət çıxacaq”.

Qeyd edək ki, Monteneqro millisi noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda yığmamızın qonağı olacaq, bundan üç gün sonra isə Kipri qəbul edəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}