13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzub
Tarix: 21-11-2020 14:38 | Bölmə: İdman
Yeddiqat dünya çempionu məşhur saat şirkətinə uduzub

Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.

"racefans.net" saytı xəbər verir ki, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istifadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib.

"Hamilton" şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib.

Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər