18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Canni De Byazi: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər"
Tarix: 13-11-2021 17:56 | Bölmə: İdman
Canni De Byazi: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər"

"Bizim işimizi yalnız nəticələrlə dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbolun inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Bizim ideyalarımız var və istəklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsalar da, onlarla başabaş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır".

Reyting.az
xıbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis gənc oyunçularının olduğunu söyləyib: "Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-dək oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların əksəriyyətini zədə səbəbindən itirdik".

İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram"..

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər