DÇ: Norveç xal itirib, Türkiyə 2-ci pilləyə yüksəlib
Tarix: 13-11-2021 23:22 | Bölmə: İdman
DÇ: Norveç xal itirib, Türkiyə 2-ci pilləyə yüksəlib

Bu gün Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib.

Reyting.az
xəbər verir ki, oyun Türkiyənin darmadağını ilə bitib - 6:0

Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviya ilə heç-heçə edib - 0:0

Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, top fərqi ilə 2-ci pilləyə yüksəlib.

18 xala malik Norveç isə 3-cü pilləyə enib. 

Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gəlsə, qrup birincisi kimi dünya çempionatına vəsiqəni təmin edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}