Ronaldu: "Portuqaliya Qətərdəki dünya çempionatına gedəcək"
Tarix: 15-11-2021 14:56 | Bölmə: İdman
Ronaldu: "Portuqaliya Qətərdəki dünya çempionatına gedəcək"

"Futbol bir daha bizə göstərdi ki, bəzən maneəli yollar ən çox arzulanan nəticələrə gətirib çıxarır. Dünənki məğlubiyyət ağır idi. Amma bu, bizi yoldan çıxarmağa kifayət etmir"

Bu fikirləri Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu evdə Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə sosial şəbəkə hesablarında yazıb.

36 yaşlı hücumçu məqsədlərinin Qətərdəki mundiala qatılmaq olduğunu söyləyib: "Bunun üçün nə etməli olduğumuzu bilirik. Heç bir bəhanə yoxdur. Portuqaliya Qətərə gedəcək".

Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}