Dünya çempionatı: Azərbaycan karateçisi finala yüksəlib
Tarix: 16-11-2021 16:53 | Bölmə: İdman
Dünya çempionatı: Azərbaycan karateçisi finala yüksəlib

Azərbaycan karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Məlumata görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Halyna Melnyk (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buçinger (Avstriya) ilə dueldən qalib ayrılıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qızıl medal uğrunda Silvia Semeraro ilə döyüşəcək.

Bu gün mübarizəyə qoşulan Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışı medalsız bitirib. Asiman Qurbanlı (+84 kq) isə yarımfinaladək irəliləyə bilib. Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan karateçi bürünc medal uğrunda mübarizə aparacaq.

Digər titullu karateçi Rafael Ağayev də (75 kq) bu gün yarışa qoşulacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}