"Derbi Kaunti" klubunun daha 12 xalı silinib
Tarix: 16-11-2021 16:57 | Bölmə: İdman
"Derbi Kaunti" klubunun daha 12 xalı silinib

İngiltərə Futbol Liqası Çempionşipdə çıxış edən "Derbi Kaunti" klubunu daha 12 xal cəzalandırıb.

Məlumata görə, klub maliyyə qaydalarını pozduğu üçün bu cəza ilə üzləşib.

Komandanın 9 xalının silinmə cəzası dərhal qüvvəyə minib. Yeni cəzanın qalan 3 xalı isə klubun liqa ilə mövsümün sonunadək bağladığı müqaviləyə uyğun büdcə şərtlərini yerinə yetirmədikdə silinəcək.

Qeyd edək ki, "Derbi Kaunti" hazırda sonuncu - 24-cü pillədə qərarlaşıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}