Avropa çempionatı: Azərbaycanın 19 yaşadək yığması Lüksemburqa qalib gəlib
Tarix: 16-11-2021 23:03 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycanın 19 yaşadək yığması Lüksemburqa qalib gəlib

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Reyting.az
xəbər verir ki, komandamız 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb.

Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.

Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}