“Qarabağ” 6 cavabsız qolla qalib gəlib
Tarix: 17-11-2021 18:52 | Bölmə: İdman
“Qarabağ” 6 cavabsız qolla qalib gəlib

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunları keçirilir. Reyting.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma olub.

“Qaradağ Lökbatan” MOİK-lə oyunda minimal hesabla üstünlük qazanıb. “Qarabağ”ın əvəzediciləri “Zirə”nin ikinci komandasına 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin əvəzediciləri isə evdə “Zaqatala”ya məğlub olub.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Birinci Divizion
8-ci tur
16 noyabr


Kəpəz – Turan Tovuz 2:1

Qol: Vüsal Məsimov, 35. Cavid İmamverdiyev, 76 – Sadiq Şəfiyev, 45.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Qəzənfər Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu, 14:00.

17 noyabr

Qəbələ-2 – Zaqatala 1:3

Qol: Aqil Nəsibov, 37 – Roini İsmayılov, 63. Xəlil Bəşirov, 74. Əsədulla Heydərov, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Asiman Əzizli, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30.

Qaradağ Lökbatan - MOİK 1:0

Qol: Sabir Allahquliyev, 41.
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Ruslan Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Qarabağ-2 – Zirə-2 6:0

Qol: Əli Nəcəfli, 12. Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 45+1. Nəriman Axundzadə, 70. Şirxan Həsənzadə, 75. Ruslan Bayramov, 84.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:30

18 noyabr

Sumqayıt-2 – Səbail-2

Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Kərim Zeynalov, Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.

Neftçi-2 – Keşlə-2

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Elmin Süleymanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Neftçi”nin bazası (4-cü meydança), 15:00.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}