Lionel Messi ilin futbolçusu seçilib
Tarix: 18-11-2021 11:14 | Bölmə: İdman
Lionel Messi ilin futbolçusu seçilib

Futbol üzrə Argentina millisinin və Fransanın PSJ komandasının hücumçusu Lionel Messi ilin futbolçusu adına layiq görülüb. Reyting.az xəbər verir ki, 34 yaşlı forvarda bu ad "Goal" nəşrinin versiyasına əsasən verilib.

O, bu nəşrin oxucuları arasında keçirilən səsvermə nəticəsində qalib elan olunub. Messi sorğuda 14 milyondan çox səs toplayıb.

İkinci pilləni İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo tutub.

Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski isə üçüncü yerlə kifayətlənib.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}