Futbol azarkeşləri həbs edilib
Tarix: 18-11-2021 22:36 | Bölmə: İdman
Futbol azarkeşləri həbs edilib

İngiltərə polisi may ayında keçirilən “Mançester Yunayted”-“Liverpul” oyununun təxirə salınmasına səbəb olan daha 10 azarkeşi həbs edib.

Reyting.az
xəbər verir ki, etiraz aksiyasında və iğtişaş törətməkdə şübhəli bilinərək, həbs edilənlərin ümumi sayı 18-ə çatıb. Təqsirkarlar 20-51 yaş arası olanlardır. Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, mayın 2-də 1000-dən çox azarkeş “Old Trafford”un qarşısında toplaşaraq, klubun Super Liqada iştirak etmək qərarına görə “qırmızı şeytanlar”ın sahibi Qleyzer ailəsinə etiraz edib. Daha sonra fanatların stadiona daxil olması səbəbindən əzəli rəqiblərin görüşü təxirə salınıb.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}