Hakimləri təhqir edən futbolçu cəzalandırılıb
Tarix: 19-11-2021 14:02 | Bölmə: İdman
Hakimləri təhqir edən futbolçu cəzalandırılıb

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Elgün Bayramovu 4 oyunluq cəzalandırıb.

Reyting.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 18 yaşlı qapıçının "Qaradağ Lökbatan"a qarşı I Divizionun VIII tur oyunundan sonra hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Ordu klubu bunun üçün 320 manat məbləğində cərimələnib.

Bundan əlavə, hər iki komandanın 4 oyunçusu görüşdə sarı vərəqə aldığı üçün tərəflər əlavə 80 manat ödəyəcək.

Qeyd edək ki, qarşılaşma "Qaradağ Lökbatan"ın minimal hesablı qələbəsi ilə yekunalaşıb - 1:0.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}