Premyer Liqa üçün 2.7 milyardlıq müqavilə imzalanıb
Tarix: 19-11-2021 18:48 | Bölmə: İdman
Premyer Liqa üçün 2.7 milyardlıq müqavilə imzalanıb

Dünyanın ən baxımlı çempionatlarından biri olan İngiltərə Premyer Liqası ilə ABŞ-ın NBC telekanalı arasında rekord məbləğə yeni müqavilə imzalanıb. Reyting.az xəbər verir ki, NBC telekanalı 2013-cü ildən Amerikada Premyer Liqanın yayım hüququna sahibdir.

Telekanal İngiltərə çempionatı ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb. 6 illik yeni müqavilə NBC-yə 2 milyard 700 milyon ABŞ dollarına başa gəlib.

NBC-nin bundan sonra il ərzində çempionatın 380 matçını yayımlamaq imkanı olacaq. Bundan əlavə, telekanal oyunları ispan dilində də yayımlaya biləcək.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}