Avropa Konfrans Liqası: "Qarabağ"la "Omoniya" matçının hakimləri bəlli olub
Tarix: 22-11-2021 14:59 | Bölmə: İdman
Avropa Konfrans Liqası: "Qarabağ"la "Omoniya" matçının hakimləri bəlli olub

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.

Reyting.az 
AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:

Baş hakim: Morten Krox

Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen

Dördüncü hakim: Yorgen Dauqberq Burxardt

Qeyd edək ki, 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}