Güləşçimiz erməni rəqbinə qalib gəlib
Tarix: 23-11-2021 08:15 | Bölmə: İdman
Güləşçimiz erməni rəqbinə qalib gəlib

Fransada klublararası güləş çempionatına start verilib.

Reyting.az
xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib. Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb - 8:0.

İslam Abbasov daha sonra erməni Edqar Xaçaryanı məğlub edib - 6:3.

Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}