Cüdo Federasiyasına baş katib təyin edilib
Tarix: 23-11-2021 09:37 | Bölmə: İdman
Cüdo Federasiyasına baş katib təyin edilib

Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi Rəşad Rəsullu qurumun baş katibi təyin edib.

Reyting.az
-ın məlumatına görə, yeni baş katib Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Qeyd edək ki, daha öncə Elmar Babanlı bu vəzifədə çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}