Şəhid idmançımızın xatirəsinə cüdo yarışı keçirilib - Fotolar
Tarix: 24-11-2021 12:49 | Bölmə: İdman
Şəhid idmançımızın xatirəsinə cüdo yarışı keçirilib

Şəhid İlkin Məmmədovun əziz xatirəsinə həsr olunmuş cüdo yarışı keçirilib. Peşəkar idman klubunun və tanınmış idmançı, Prezident mükafatçısı, Dünya və Avropa çempionu Cavidan Qarayevin dəstəyi ilə reallaşan yarışda oğlanlar və qızlar cüdo üzrə klub komandaları arasında açıq birincilik uğrunda mübarizə aparıblar.

“Yeni Gündəm” xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş, karate üzrə Avropa və Dünya çempionu İlkin Məmmədovun əziz xatirəsinə həsr edilmiş yarış peşəkar idman klubunun zalında keçirilib.

180 idmançının (160 oğlan, 20 qız) iştirak etdiyi açıq birincilikdə 10 komanda qalib adı uğrunda mübarizə aparıb. İştirak edən komandalar yarışa Bakı, Sumqayıt və Xızıdan qatılıblar.

Qeyd edək ki, yarışda tamaşaçı qismində şəhid ailələri, şəhidin ailə üzvləri və dostları da iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!











Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}