18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Qarabağ" UEFA reytinqində geriləyib
Tarix: 26-11-2021 09:50 | Bölmə: İdman
"Qarabağ" UEFA reytinqində geriləyib

Avrokubokların qrup mərhələsinin V turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Reyting.az
-ın məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.

Konfrans Liqasının “Omoniya” ilə Bakıdakı görüşündə 2:2 hesablı heç-heçə edən “Qarabağ” 25,000 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Başakşəhər”lə eyni göstəriciyə malikdir.

Təmsilçimiz bu heç-heçədən sonra iki pillə geriləyib. Buna Niderland klubları səbəb olub. “Alkmaar” və “Feyenoord” “Qarabağ”ı keçib.

Qeyd edək ki, cədvələ 131,000 xala malik “Bavariya” başçılıq edir.(ApaSport)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər