Şahmat Federasiyasına yeni prezident seçilib - Foto
Tarix: 26-11-2021 12:32 | Bölmə: İdman
Şahmat Federasiyasına yeni prezident seçilib

Azərbaycan Şahmat Federasiyasının (ASF) növbəti hesabat-seçki konfransı keçirilib.

Reyting.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca AŞF-in son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Elman Rüstəmovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. 2007-ci ildən prezident funksiyasını yerinə yetirən Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.



Tədbir iştirakçıları vitse-prezident Mahir Məmmədovu 4 il müddətinə AŞF-in prezidenti seçiliblər.

Konfransda komandalararası Avropa çempionatında bürünc alan qadınlardan ibarət yığma üzvlərinə hədiyyə verilib.

Qeyd edək ki, Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}