Cavid Qurbanov Voleybol Federasiyasının prezidenti seçilib
Tarix: 26-11-2021 16:09 | Bölmə: İdman
Cavid Qurbanov Voleybol Federasiyasının prezidenti seçilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca AVF-nin son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Cavid Qurbanovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Cavid Quliyev yenidən federasiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, Qurbanov 2016-cı ildən AVF-nin rəhbəridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}