Levandovski: "Güclü komandasız nüfuzlu mükafat qazanmaq olmaz"
Tarix: 30-11-2021 13:01 | Bölmə: İdman
Levandovski: "Güclü komandasız nüfuzlu mükafat qazanmaq olmaz"

"Qızıl top"u qazanan Lionel Messini və ən yaxşı qadın futbolçu seçilən Aleksiya Putelyası təbrik edirəm".

Bu fikirləri Almaniyanın "Bavariya" klubunda çıxış edən Robert Levandovski sosial şəbəkə hesablarında yazıb.

"İlin hücumçusu mükafatını qazandım. Arxasında güclü komanda və sadiq azarkeşlər olmadan heç bir futbolçu nüfuzlu mükafat qazana bilməz. Dəstəyiniz üçün hamınıza minnətdaram", - deyə 33 yaşlı hücumçu əlavə edib/Report.

Qeyd edək ki, Robert Levandovski jurnalistlər arasındakı səsverməyə əsasən, ikinci yeri tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}