Ronaldu Messinin "Qızıl top" mükafatına layiq olmadığını deyir
Tarix: 01-12-2021 15:22 | Bölmə: İdman
Ronaldu Messinin "Qızıl top" mükafatına layiq olmadığını deyir

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatının Fransa PSJ-sinin hücumçusu Lionel Messiyə verilməsini ədalətsiz sayır.

Məlumata görə, portuqaliyalı forvard bunu öz fanatlarından birinin şərhinə münasibət bildirməklə təsdiqləyib.

36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Qızıl top"un səsverməsində 6-cı yeri tutub. O, mükafatın təqdimetmə mərasiminə qatılmayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}