18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Canni De Byazinin müqaviləsi daha 2 il uzadıla bilər
Tarix: 02-12-2021 17:53 | Bölmə: İdman
Canni De Byazinin müqaviləsi daha 2 il uzadıla bilər

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə imzalanmış müqaviləyə yeni bənd əlavə olunub.

Belə bir iddia ilə italiyalı jurnalist Canluka Di Martsio çıxış edib.

Onun sözlərinə görə, yığma UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssisin sözləşməsi daha 2 il uzadıla bilər.

Qeyd edək ki, AFFA bu gün Canni De Byazi ilə müqaviləni yeniləyib. İtaliyalı baş məşqçiyə 2022-ci ilin oktyabrınadək vaxt verilib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər