"Qarabağ"ın keçmiş futbolçusu məşqçiliyə başlayıb
Tarix: 02-12-2021 22:31 | Bölmə: İdman
"Qarabağ"ın keçmiş futbolçusu məşqçiliyə başlayıb

"Qarabağ"ın İspaniyadan olan sabiq futbolçusu Miçel Madera məşqçiliyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə İspaniyanın cope.es nəşri məlumat yayıb.

Məlumata görə, 36 yaşlı veteran futbolçu ölkəsinin "Lenense" klubunda çalışacaq. Miçelin atası bu klubun prezidentidir.

Qeyd edək ki, 2015 - 2020-ci illərdə "Qarabağ"da çıxış edən Miçel Ağdam klubunda 159 oyuna 30 qol vurub. "Qarabağ"dan ayrıldıqdan sonra İspaniyanın "Marino" klubuna keçən veteran yarımmüdafiəçi bu ilin martında karyerasını başa vurub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}