UEFA Avropa ölkələrinin reytinqini açıqlayıb
Tarix: 06-12-2021 16:40 | Bölmə: İdman
UEFA Avropa ölkələrinin reytinqini açıqlayıb

Ukraynanın "footboom" nəşri Avropa ölkələrinin 2021/2022 mövsümü üçün UEFA reytinqindəki mövqeyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Azərbaycan hazırda 3,875 xalla 22-ci pillədə qərarlaşıb.

Hesablama zamanı ölkə təmsilçilərinin avrokuboklarda qrup mərhələsinin V turunadək olan nəticələri nəzərə alınıb.

Azərbaycan bu mövsümdəki göstəricilərinə görə ümumi reytinqdə özündən xeyli irəlidə olan Şotlandiya, Rusiya və Ukrayna kimi ölkələri qabaqlayıb.

Qeyd edək ki, ilk "üçlük"də Niderland (9,400), İngiltərə (8,285) və Fransa (7,916) qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}