13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Çempionlar Liqası: "Çelsi" xal itirib, "Yuventus" qrup qalibi olub
Tarix: 09-12-2021 00:21 | Bölmə: İdman
Çempionlar Liqası: "Çelsi" xal itirib, "Yuventus" qrup qalibi olub

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 2 oyunu keçirilib.

Hər iki qarşılaşma H qrupunda baş tutub.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliya "Yuventus"u evdə İsveç "Malmö"sü ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Nəticədə "qoca sinyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

H qrupu

21:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

Qol: Moyze Kin, 18

21:45. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85. Romelu Lukaku, 62

Xal durumu: "Yuventus" - 15, "Çelsi" - 13, "Zenit" - 5, "Malmö" - 1.

Qeyd edək ki, bunadək "Yuventus" və "Çelsi" ilə yanaşı, Fransanın PSJ, İngiltərənin "Mançester Siti", "Liverpul" və "Mançester Yunayted", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya" və İtaliyanın "İnter" klubları 1/8 finala vəsiqə əldə edib/Report




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib