13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Avropa çempionatı: Azərbaycanı 9 para-taekvondoçu təmsil edəcək
Tarix: 09-12-2021 21:07 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycanı 9 para-taekvondoçu təmsil edəcək

Azərbaycanı Türkiyənin İstanbul şəhərindəki IX Avropa çempionatında təmsil edəcək para-taekvondoçular bəlli olub.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, təlim-məşq toplanışı başa vuran yığma yarışa bir kateqoriya üzrə altı çəki dərəcəsində 9 idmançı ilə yollanıb.

Komandanın baş məşqçisi Fərid Tağızadə və Yaşar Səfərov Avropa çempionatında qadınlardan Aynur Məmmədova (K-40, 65 kiloqramdan yuxarı) və Röyalə Fətəliyevaya (K-40,47 kq), kişilərdən isə Sabir Zeynalov (K-40, 58 kq), Sadiq Həmidov (K-40, 58 kq), Ayaz Hüseynli (K-40, 63 kq), Əlimxan Manafov (K-40, 63 kq), İmamməddin Xəlilov (K-40, 70 kq), Orxan Cəfərov (K-40, 70 kq), Əbülfəz Abuzərliyə (K-40, 80 kq) etimad göstəriblər.

Qeyd edək ki, dekabrın 11-də start götürəcək Avropa çempionatı 2 gün davam edəcək. Azərbaycan millisi dekabrın 13-də vətənə dönəcək.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib