12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Rumıniya mətbuatı: "Hakim "Qarabağ"ın oyununda böyük səhv edib"
Tarix: 10-12-2021 12:10 | Bölmə: İdman
Rumıniya mətbuatı: "Hakim "Qarabağ"ın oyununda böyük səhv edib"

Rumıniya mətbuatı "Qarabağ"ın İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdiyi hakim ədalətsizliyindən yazıb.

"Sport.ro" saytı 2-ci dəqiqədə Azərbaycan təmsilçisinin legioneri Abdullah Zubirin sayılmayan qolunu böyük səhv adlandırıb.

2015/2016 mövsümündə Rumıniyanın "Petrolul" klubunda çıxış etmiş 30 yaşlı yarımmüdafiəçinin təxminən 8 metrdən vurduğu zərbəsindən sonra topun açıq şəkildə qapı xəttini keçdiyi vurğulanıb: "Təkrardan sonra qolun təsdiqlənməli olduğu görünür. Konfrans Liqasında VAR (video-təkrar) sistemi və "goal line" texnologiyası olmadığı üçün referi həmin anı nəzərdə keçirə bilməyib və "Qarabağ"ın qolunun önəmi qalmayıb".

Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib/Report




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub