13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qurban Qurbanov ilin məşqçisi seçilib
Tarix: 13-12-2021 13:56 | Bölmə: İdman
Qurban Qurbanov ilin məşqçisi seçilib

Azərbaycanda ilin ən yaxşı məşqçisi bəlli olub.

Reyting.az
xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən, "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov 48 səslə bütün rəqiblərini qabaqlayıb.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov 3 xalla ikinci olub. Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Namiq Abdullayev və qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Fikrət Sideifzadə 2 səs toplayıb.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib