10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
UEFA qitə çempionlarının üz-üzə gələcəyi tarixi açıqlayıb
Tarix: 15-12-2021 20:36 | Bölmə: İdman
UEFA qitə çempionlarının üz-üzə gələcəyi tarixi açıqlayıb

Futbol üzrə son Avropa çempionu olan İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında keçiriləcək oyunun vaxtı və yeri dəqiqləşib.

UEFA-nın rəsmi saytında verilən məlumata görə, "Finalissima" adı verilən qarşılaşma 2022-ci il iyunun 1-də İngiltərənin paytaxtı Londonda oynanılacaq.

Bu görüş Avropa futbol qurumu ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq. Tərəflər arasında 2028-ci ilədək imzalanmış müqavilədə Londonda iki qurumun ortaq ofisinin açılması da nəzərdə tutulub/Report.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib