“Beşiktaş” - “Fənərbağça” derbisində qalib müəyyənləşməyib
Tarix: 19-12-2021 22:22 | Bölmə: İdman
“Beşiktaş” - “Fənərbağça” derbisində qalib müəyyənləşməyib

Dekabrın 19-da futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda "Beşiktaş”ı qəbul edib.

Reyting.az
xəbər verir ki, gərgin keçən görüşdə hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Mesut Özil açıb. Lakin 11 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Yosef de Souza vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 30-cu dəqiqəsində "Fənərbağça"nın hücumçusu Mergim Berişa komandasını hesabda irəli çıxarıb. İkinci hissənin 59-cu dəqiqəsində Yosef de Souza yenidən hesaba tarazlıq gətirib.

Günün digər matçlarında "Rizəspor" öz meydanında "Yeni Malatyaspor"u 1:0 hesabı ilə üstələyib. "Fatih Karagümrük" səfərdə "Göztəpə"ni minimal hesabla məğlub edib - 1:0. "Kayserispor" - "Antalyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər