Qurban Qurbanov: "Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm"
Tarix: 21-12-2021 17:10 | Bölmə: İdman
Qurban Qurbanov: "Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm"

"Mən Nurlan İbrahimovun cəzalanması ilə bağlı öz fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz - Azərbaycan jurnalistləri və mütəxəssisləri üçün xoş deyil. Hər halda yaxşı tərəfini düşünək. Çox istərdim ki, bu məsələ bitsin, İbrahimov yenidən sıralarımıza qayıtsın".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun sabiq mətbuat katibi Nurlan İbrahimov barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis İbrahimovun hər kəsin tanıdığı və hörmət etdiyi şəxs olduğunu söyləyib: "Bizim klub olaraq Nurlanla münasibətimiz pis deyil. Hamımızla ünsiyyətdə olur. Məncə, klub heç nəyə "yox" deməz. "Qarabağ" hər zaman onun arxasında olacaq. Eləcə də hamımız"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}